"Qəbələ"nin 14 yaşa qədər futbolçulardan ibarət komandası Ukraynanın Donetsk şəhərindəki təlim-məşq toplanışını yekunlaşdırıb. Siasport.az saytının məlumatına görə, toplanışın son günündə komanda "Şaxtyor"un bazasını və "Donbass Arena"nı gəzib, klubun təsisləri ilə yaxından tanış olub. Daha sonra "Qəbələ" toplanış çərçivəsində son yoxlama oyununu keçirib. Yerli "Metallurq"la qarşılaşan Qəbələ təmsilçisi matçdan sülhlə ayrılıb - 1:1. "Qırmızı-qaralar"ın yeganə qoluna Fərid Nəbiyev imza atıb.
Xatırladaq ki, "Qəbələ" Ukraynada 3 yoxlama oyunu keçirib. İlk görüşdə "Şaxtyor-2" üzərində 4:0-lıq qələbə qazanan komanda, ikinci matçda "Şaxtyor"a 1:9 hesabı ilə məğlub olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB