Efren Peteyro: "Yenidən Azərbaycana səfər etmək bizim üçün xoş olacaq"
Birinci İBAR CUP turnirinin qalibi olan və yayda yenidən bu turnirə qatılacaq "Rubin" U-14 komandasının baş məşqçisi, ispaniyalı mütəxəssis Efren Peteyro Bakıya ötənilki səfəri haqqında xatirələrini bölüşüb. Siasport.az saytının məlumatına görə, çalışdırıcı ölkəmizə təkrar səfərindən nə gözlədiyi barədə danışıb: "Etiraf edim ki, mən bir çox beynəlxalq turnirlər görmüşəm. Açıq demək istəyirəm ki, Bakıda keçirilən ötənilki turnir xüsusi olaraq yadımda qalıb. Yalnız ona görə yox ki, komandamız turnirin qalibi olub. Məsələ təkcə bunda deyil. Belə ki, sizin turniriniz yaxşı təşkil olunmuşdu. Yarışın təşkilatçıları bütün mümkün detalları nəzərə almışdılar, bizi zəruri olanlarla təmin etmişdilər. Bakıya səfər uşaqların da yadlarında qalıb və onlar evlərinə xoş təəssüratlarla qayıdıblar.
Yenidən Azərbaycana səfər etmək bizim üçün xoş olacaq. Biz səbrsizliklə yayı gözləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB