İyun ayında Bakı şəhərində İBAR CUP uşaq futbol turniri keçiriləcək. Siasport.az saytının məlumatına görə, ilk dəfə bu turnir ötən il baş tutub və Azərbaycan Beynəlxalq Bankının 20 illik yubileyinə həsr olunub. Belə qərara alınıb ki, turnir mütəmadi xarakter alsın. Buna görə, bu il Avropanın müxtəlif ölkələrindən olan uşaq komandaları yenidən Bakıda toplaşacaq.
Belə ki, İBAR U-14 CUP turniri AFFA-nın dəstəyi ilə baş tutacaq. Yarışın təşkilatçıları Azərbaycan Beynəlxalq Bankı, "İnter" Peşəkar İdman Klubu və Bakı Futbol Federasiyası olacaq. Turnirdə 8 komanda iştirak edəcək. Reqlamentə əsasən, komandalar 2 qrupa ayrılacaq və hər qrupda 4 komanda mübarizə aparacaq. Hər qrupdan ən yaxşı 2 komanda mükafat yerləri uğrunda mübarizəni davam etdirəcək. Qupda 3-cü və 4-cü yerləri tutan komandalar 5-8-ci yerlər uğrunda yarışacaq.
Qeyd edək ki, "İnter" U-14 komandasından başqa, yarışa birinci İBAR CUP turnirinin qalibi "Rubin" (Rusiya), "Karpatı"( Ukrayna), "Beşiktaş"(Turkiyə), "Yurqorden" (İsveç), "Vilyarreal (İspaniya) və "Ayntraxt ( Almaniya) komandaları qatılacaq. Sonuncu iştirakçının adı bu həftə məlum olacaq.
Əlavə edək ki, turnir iyun ayının 17-dən 22-dək keçiriləcək. İBAR CUP turnirinin bütün matçları "Şəfa" stadionunda baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB