Alvaro Silva "Xəzər Lənkəran"ın tarixində qol sevinci yaşayan ilk ispaniyalı olub. Siasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXIV turunun AZAL-la oyununda qol hesabını açan müdafiəçiyədək onun heç bir həmyerlisi cənub təmsilçisinin heyətində qol sevinci yaşamayıb.
Ümumilikdə isə Alvaro klub tarixində rəqib qapısına yol tapan 81-ci futbolçu olub. Bu 81 oyunçudan başqa, daha 7 rəqib futbolçu öz qapısına qol vurub. "Xəzər Lənkəran"ın qol vuran oyunçularına gəlincə isə, onların 29-u yerli, 52-si əcnəbi futbolçudur. Milliləşənləri də nəzərə almaqla ilk ispaniyalıya qədər fərqlənən 51 legioner 21 ölkəni təmsil edib: Rumıniya – 12, Braziliya – 8, Türkiyə - 5, Bolqarıstan – 4, Portuqaliya, Kosta Rika, Argentina, Albaniya, Serbiya – hərəsindən 2, Nigeriya, Moldova, Mali, Kolumbiya, Honduras, Fransa, Fil Dişi Sahili, Almaniya, Xorvatiya, Sloveniya, Syerra Leone, Yunanıstan – hərəsindən 1. İspaniya bu siyahıda 22-ci ölkə olub.
Qeyd edək ki, "Xəzər Lənkəran"da qol vuran 81 oyunçudan 74-ü Premyer Liqa matçlarında fərqlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB