"Qəbələ" “Vilyarreal”la bacarmadı

"Qəbələ" “Vilyarreal”la bacarmadı

Antalyada IV Vodafone Kuboku turnirdə çıxışını davam etdirən "Qəbələ"nin 13 yaşadək futbolçulardan ibarət komandası yarış çərçivəsində iki oyun keçirib. Siasport.az saytının məlumatına görə, qrup mərhələsinin son oyununda yerli "Kızılcahamamspor"la qarşılaşan "Qəbələ" rəqibinə heç bir şans verməyib - 4:0. Matçda Təbriz İsazadə het-triklə yadda qalıb. Digər qolu isə Məhəmməd Abbaslı vurub. Bu nəticədən sonra 2 qələbə və 1 məğlubiyyətlə "Qəbələ" qrup mərhələsini ikinci pillədə adlayıb.

Komanda 1/16 final mərhələsində isə İspaniyanın "Vilyarreal" kollektivi ilə üz-üzə gəlib və rəqibə 0:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, "Qəbələ" turnir çərçivəsində növbəti oyununu bu gün 9-16-cı yerlər uğrunda yerli "Sarıyer" komandasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə