Sabah Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) VI Hesabat-seçki baş məclisi keçiriləcək. Siasport.az saytının məlumatına görə, baş məclis MOK-un inzibati binasında təşkil ediləcək. Hesabat-seçki xarakteri daşıyan VI baş məclisdə Milli Olimpiya Komitəsinin fərdi üzvləri ilə yanaşı, Olimpiya və qeyri-Olimpiya idman növləri federasiyaları, idman təşkilatları və dövlət strukturlarını təmsil edən şəxslər iştirak edəcəklər.
Qeyd edək ki, tədbirdə MOK-un ötən 4 il ərzindəki fəaliyyəti haqqında hesabat məruzəsi dinlənildikdən sonra komitənin İcraiyyə Komitəsinə seçkilər keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB