Ramiz Məmmədov istefaya göndərildi

Ramiz Məmmədov istefaya göndərildi

"Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədov istefaya göndərilib. Siasport.az saytının məlumatına görə, buna səbəb Topaz Premyer Liqasında komandanın zəif çıxış etməsi və ölkə kubokunda mübarizəni dayandırması olub.

Qeyd edək ki, Ramiz Məmmədovu müvəqqəti olaraq "Qəbələ"nin əvəzedici heyətinin baş məşqçisi Luis Araqon əvəz edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə