"Futbolumuz müstəqillik dövründə" adlı yeni kitab işıq üzü görüb.

"Futbolumuz müstəqillik dövründə" adlı yeni kitab işıq üzü görüb.

Əməkdar jurnalist Abas Əzimovun "Futbolumuz müstəqillik dövründə" adlı yeni kitabı işıq üzü görüb. Siasport.az saytının məlumatına görə, üç fəsildən ibarət olan kitabda Azərbaycanda müstəqillik dövründə keçirilən ölkə çempionatları, ölkə kuboku uğrunda yarışlar, birinci divizion və əvəzedici komandaların çempionatları, Azərbaycan çempionatlarının mükafatçıları və kubok yarışlarının qaliblərinin avrokuboklarda çıxışları, həmçinin MDB və Baltikyanı dövlətlərin "Birlik Kuboku" turnirində klublarımızın nəticələri barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, "Futbolumuz müstəqillik dövründə" kitabı AFFA-nın vəsaiti hesabına nəşr olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə