“Sumqayıt” FK “Rəvan”la oyunun hazırlığına start verdi

“Sumqayıt” FK “Rəvan”la oyunun hazırlığına start verdi

Topaz Premyer Liqasının son turunda "Kəpəz" ilə qarşılaşmada qələbə qazanan (1:0) "Sumqayıt" futbol klubu istirahəti başa vurub. Siasport.az saytının məlumatına görə, komanda bu gün "Bayıl Arena"da növbəti məşqinə çıxıb. Zədəli Orxan Əliyev və Pərdis Fərcad-Azad hazırlıq prosesində iştirak etməyib. U-21-in heyətində zədə almış Slavik Alxasov isə məşqlərə başlayıb. Yüngül zədəsi olan Emin Cəfərquliyev və Can Akgün bu gün fərdi hazırlıqlarla kifayətlənib.

Qeyd edək ki, "Rəvan" - "Sumqayıt" oyunu aprelin 7-də saat 17:00-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə