"Xəzər Lənkəran” ”Kəpəz”lə oyunun hazırlığına başladı

"Xəzər Lənkəran” ”Kəpəz”lə oyunun hazırlığına başladı

Bir günlük istirahətdən sonra "Xəzər Lənkəran" bu gün məşqlərə start verib. Siasport.az saytının məlumatına görə, yeganə məşq ehtiyat meydanda saat 10:30-da başlayıb. Con Toşakın rəhbərliyi altında futbolçular toplu çalışmalar ilə müxtəlif tapşırıqları yerinə yetiriblər. Hazırda "Xəzər Lənkəran"ın heyətində zədəli futbolçu yoxdur. Qarşıdakı turda Gəncənin "Kəpəz" klubunun qonağı olacaq cənub təmsilçisi cümə axşamına qədər hazırlığını Lənkərandakı bazada sürdürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə