Premyer Liqada 41-ci əcnəbi mütəxəssis STATİSTİKA

Premyer Liqada 41-ci əcnəbi mütəxəssis STATİSTİKA

Topaz Premyer Liqasının XXIV turu "Xəzər Lənkəran" klubunun baş məşqçisi Con Toşakın Azərbaycanda debütü ilə əlamətdar olub. Siasport.az saytının məlumatına görə, AZAL ilə ev oyununda qələbə qazana bilməyən (1:1) cənubluların uelsli çalışdırıcısına qədər 40 legioner mütəxəssis Azərbaycan çempionatında meydana komanda çıxarıb. Onların bəziləri baş məşqçi, bəziləri isə istefaya göndərilən çalışdırıcının əvəzləyicisi kimi iş başında olub. Toşak bu siyahıya 41-ci məşqçi kimi düşüb. O, ölkəmizdə çalışan ilk uelsli olub. Bunadək daha 17 ölkə təmsilçisi Azərbaycan çempionatında iş başında olub: Türkiyə - 10, Ukrayna – 7, Gürcüstan – 4, Almaniya, Serbiya – hərəsi 3, Bosniya və Herseqovina - 2, Çexiya, Əlcəzair, İngiltərə, Latviya, Litva, Makedoniya, Moldova, Rumıniya, Rusiya, Xorvatiya, İspaniya – hərəsi 1. Uels bu siyahıda 18-ci oldu.

Toşaka qədər 2 klub daha çox (hərəyə 6)əcnəbi baş məşqçiyə güvənib. "Bakı" ilə şərikli rekordun sahibi olan "Xəzər Lənkəran"ın tarixində 7-ci əcnəbi olan uelsli komandasının bu göstəricidə 1-ci olmasına töhfə verib. Toşaka qədər onun komandasında Rasim Kara, Şenol Fidan, Viktor Pasulko, Mirça Rednik, Cüneyt Biçər və Karles Martorell də çalışıb. Digər klublar isə əcnəbi məşqçi sayında "Xəzər Lənkəran"dan geri qalır: "Xəzər Lənkəran" - 7, "Bakı" - 6, "İnter", "Simurq" – hərəsi 4, "Gənclərbirliyi" , "Neftçi", "Standard", "Turan" – hərəsi 3, "Muğan", AZAL, "Qəbələ", "Rəvan" – hərəsi 2, "Karvan", "Masallı", "MKT-Araz", "Qarabağ", "Sumqayıt" – hərəsi 1.

Qeyd edək ki, 5 mütəxəssis - Kaxaber Sxadadze, Cüneyt Biçər, Rasim Kara, Qyoko Hacıyevski və Kemal Alispahiç Premyer Liqada 2 klubda çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə