"Qalatasaray" Madriddə!

Sabah UEFA Çempionlar Liqasının 1\4 final mərhələsində Madrid "Real"ı ilə qarşılaşacaq "Qalatasaray" klubu, dünən axşam Madridə gedib. Siasport.az saytı xəbər verir ki, Fatih Terimin yetirmələrini Madrid hava limanında az sayda "Qalatasaray" azarkeşi qarşılayıb."Qalalatasaray"ın idarə heyətinin üzvü olan Abdurrahim Albayrak Madriddə jurnalistlərlə söhbət edib. O bildirib ki, "Şalke" ilə qarşılaşmada "Qalatasaray"ı siyahıdan silənlər sonra necə peşiman oldularsa, bu səfərdə də eləcə peşiman olacaqlar. "Real"ın dünya səviyyəli futbol markası olduğunu etiraf edən A.Albayrak bildirib ki, "Qalatasaray" da kiməsə asan "yem" olacaq komanda deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə