"Qarabağ "Neftçi" ilə oyuna itkilərlə çıxacaq

"Qarabağ "Neftçi" ilə oyuna itkilərlə çıxacaq

"Qarabağ" "Neftçi" ilə oyunun hazırlıqlarına başlayıb. Siasport.az saytının məlumatına görə, Premyer Liqanın XXV turunda liderlə qarşılaşacaq Ağdam təmsilçisi "Qəbələ" ilə görüşdən sonra dərhal məşqlərə start verib.

Bu gün "Qarabağ"ın ilk çalışması saat 11:00-da baş tutub. İkinci məşq isə saat 16:00-a nəzərdə tutulub. Məşqlər Suraxanı qəsəbə stadionunda keçirilir. Branimir Subaşiç və Vaqif Cavadovun zədəsi davam edir. Adıçəkilən futbolçuların "ağ-qara"larla oyunu buraxacağı dəqiqdir. Əvəzində cəza səbəbindən "Qəbələ" ilə oyunda forma geyinə bilməyən Vüqar Nadirov baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə "Neftçi" ilə görüşdə komandaya kömək edə biləcək.

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" oyunu aprelin 6-da, saat 17:00-da "Bakcell Arena"da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə