"Rəvan" hazırlıqlara start verib

"Rəvan" hazırlıqlara start verib

"Rəvan" futbol klubu Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Turan"ı məğlub etdikdən (6:2) sonra 1 günlük istirahətə buraxılıb. Siasport.az saytının məlumatına görə, bazar günü dincələn komanda dünəndən məşqləri bərpa edib. Saat 16:00-da "Bayıl Arena"da başlayan məşq bərpaedici xarakter daşıyıb. Futbolçular fiziki hazırlıq üzrə çalışdırıcı Rastislav Svitskinin nəzarəti altında təxminən 1 saat yüngül məşq ediblər. Komanda ardından kiçik zonalarda topu özündə saxlamağa çalışaraq, 1 toxunuşlu dəqiq ötürmələr üzərində işləyib. Daha sonra isə meydanın yarı hissəsində ikitərəfli oyun keçirilib.

Qeyd edək ki, zədə səbəbindən "Turan"la matçı buraxan Samuel Barlay da komanda ilə birgə məşqlərdə iştirak edib. Düşərgədə zədəli futbolçu yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə