Bu gün Çinin Çanqvon şəhərində güllə atıcılığı üzrə dünya kuboku yarışları başlanacaq. Siasport.az saytının məlumatına görə, 8 gün davam edəcək turnirdə Azərbaycanı Ruslan Lunyov təmsil edəcək. Həmyerlimiz aprelin 4-də 50 metr, 7-də və ya 8-də 25 metr məsafəyə atəş açmaq üçün hədəf önünə keçəcək.
Qeyd edək ki, dünya kuboku yarışlarında 31 ölkədən 499 idmançı birincilik uğrunda mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB