"Sabah "Qalatasaray"ı öz "silahı" ilə vuracayıq!"

"Sabah "Qalatasaray"ı öz "silahı" ilə vuracayıq!"

Sabah UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk qarşılaşmasında "Qalatasaray"la qarşılaşacaq "Real" cəbhəsində təmkinli açıqlamalar gəlməkdə davam edir. Siasport.az saytı xəbər verir ki, Məsut Özilin ardınca indi də Kriştiyanu Ronaldo maraqlı açıqlama ilə çıxış edib. Ulduz futbolçu "Qalatasaray"ı kifayət qədər analiz etdiklərini deyərək, onları elə öz "silahları" ilə"vurmağa çalışacaqlarını dilə gətirib. Bu il UEFA Çempionlar Liqasını qazanmaq üçün mübarizə aparacaqlarını deyən portuqaliyalı futbolçu bildirib ki, indi o yalnız "Qalatasaray"ı məğlub etmək barədə düşünür.

Bütün xəbərlər Facebook səhifəmizdə