Arda Turanın zədəsi ciddiləşir

Arda Turanın zədəsi ciddiləşir

"Valensiya" ilə keçirilən qarşılaşmada zədələnərək 27-ci dəqiqədə meydanı tərk edən "Atletiko"nun türkiyəli forvardı Arda Turanın zədəsi, kifayət qədər ciddidir. Siasport.az saytı Türkiyənin "Miliyyet" qəzetinə istinadən xəbər verir ki, ulduz futbolçu, dünən axşam həkim müayinəsinə qoltuq ağaclarının köməyi ilə gedib. "Atletiko"nun rəsmi saytı futbolçunun nə zaman yaşıl meydanlara dönəcəyi ilə bağlı açıqlama verməyib. Lakin ilkin həkim rəyinə əsasən, A.Turan ən tezi 2 həftədən sonra yaşıl meydanlara qayıda biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə