“İnter” - “Neftçi” matçında ən çox qaçan "İnter"lilər

“İnter” - “Neftçi” matçında ən çox qaçan "İnter"lilər

Bakının "İnter" klubu "İnStat Football" şirkəti ilə olan əmakdaşlığını daha da möhkəmləndirib. Siasport.az saytının məlumatına görə, şirkət kluba "İnter"li futbolçuların fiziki fəallığı haqqında məlumat verib. "İnStat Football" oyunçuların fərdi göstəricilərini komandanın həm ev, həm də səfər oyunlarında müəyyənləşdirib və sonradan bu məlumatları rəsmi şəkildə kluba təqdim edib. Belə ki, şirkətin məlumatına görə, "İnter" - "Neftçi" oyununda meydan sahibinin futbolçuları 125,5 kilometr məsafə qət ediblər.

Bu matçda "İnter"in heyətində ən çox məsafə qət edən 5 futbolçu ilə sizi tanış edirik:

№

Adı

Məsafə

1

Fuad Bayramov

13460 m.

2

Samir Zərgərov

12967 m.

3

Slavço Georgiyevski

12316 m.

4

Asif Məmmədov

11841 m.

5

Baçana Tsxadadze

11199 m.

Bütün xəbərlər Facebook səhifəmizdə