Paytaxtın ən güclüləri müəyyənləşdi

Paytaxtın ən güclüləri müəyyənləşdi

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq "Ağ at" İdman Klubunda qol güləşi üzrə Bakı şəhər çempionatı keçirilib. Siasport.az saytının məlumatına görə, çempionatda "Məhsul", "Saleh" İK, "Rauf" İK, "Emir" İK-nı təmsil edən 80 idmançı mübarizə aparıb. Yekun nəticələrə görə, 55 kq çəki dərəcəsində Vilayət Namazzadə, 60 kq çəki dərəcəsində Bəxtiyar İbrahimli, 65 kq çəki dərəcəsində Hüseyn Əmənli, 70 kq çəki dərəcəsində Toğrul Şahbazlı, 75 kq çəki dərəcəsində Elturan Kərimov, 80 kq çəki dərəcəsində Azal Ələsgərov, 85 kq çəki dərəcəsində Şahin Vazehi, 90 kq çəki dərəcəsində Həbib Muradov, 100 kq çəki dərəcəsində Yalçın Abidov, 110 kq çəki dərəcəsində Vüsal Cəmilov, +110 kq çəki dərəcəsində Adil Əliyarov I yerə layiq görülüb.

Qeyd edək ki, I, II və III yerləri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə