Ukraynanın paytaxtı Kiyevdə yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku yarışları keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan milli komandamız 5 medal qazanıb. İlkin Babazadə (55 kq) qızıl, Rauf Xəlilov (60 kq) gümüş, Natiq Qurbanlı (50 kq), Rüfət Tağızadə (55 kq) və Fəridə Həsənxanova (57 kq) bürünc medala sahib olub.
Qeyd edək ki, 18 yaşdan aşağı cüdoçuların mübarizə apardığı turnirdə qitənin 23 ölkəsindən 569 idmançı iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB