Elxan Məmmədov U-21-in üzvləri ilə görüşüb

Elxan Məmmədov U-21-in üzvləri ilə görüşüb

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüş keçirib. Siasport.az saytının məlumatına görə, baş katib Avstriyada təşkil olunmuş turnirdə birinci yeri tutmuş yığmamızı təbrik edib, qarşıdakı oyunlarda komandamıza uğurlar arzulayıb. O qeyd edib ki, belə oyunlarda qazanılan hər qələbə gələcəkdə daha yaxşı nəticələr əldə etmək üçün əlavə stimuldur.

E.Məmmədov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlara yüksək səviyyədə hazırlıqla bağlı yığmamıza tövsiyələrini verib.

Xatırladaq ki, U-21 yığmamız Avstriyada keçirilmiş turnirdə Macarıstanın "Haladas" klubunu və Albaniyanın U-21 yığmasını məğlub edib (müvafiq olaraq, 2:1 və 2:0), Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə heç-heçə edib - 1:1.

Bütün xəbərlər Facebook səhifəmizdə