Ukraynanın Xerson şəhərində Nikolay Manqerin xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirə yekun vurulub. Siasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası yarışda 1 qızıl və 1 bürünc medal qazanıb. Yarışda 56 kq çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçumuz yarımfinalda Ukrayna komandasının üzvü Oleq Prudkini 12:10 hesabı ilə məğlub edib. Finalda isə idmançımızın rəqibi qırğızıstanlı Meder Mamakeyev olub. Bu dəfə də daha yaxşı döyüş nümayiş etdirən həmyerlimiz 11:10 hesabı ilə qələbə qazanıb.
Turnirdə 91 kq-dan yuxarı çəki dərəcəsindəki təmsilçimiz Kamran Mehdiyev isə yarışı üçüncü pillədə başa vurub. O, yarımfinalda Qazaxıstan idmançısı Jan Kosobutskiyə məğlub olub.
Qeyd edək ki, millimiz 1 qızıl və 1 bürünc medalla ümumkomanda hesabında beşinci yeri tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB