"Qəbələ"nin 13 yaşa qədər futbolçulardan ibarət komandası Türkiyənin Antalya şəhərində - IV Vodafone Beynəlxalq Turnirində dünən iki oyun keçirib. Siasport.az saytının məlumatına görə, ilk matçda təmsilçimiz Türkiyənin köklü klublarından olan "Bursaspor"la üz-üzə gəlib. Qarşılaşmada daha yaxşı təsir bağışlayan qardaş ölkə təmsilçisi 4:0 hesabı ilə üstün olub.
Günün ikinci görüşündə "qırmızı-qaralar" "Kosova SDC – İFA" ilə qarşılaşıb. Qrupun ikinci matçında üstün oyun nümayiş etdirən "Qəbələ" rəqibini 5:0 hesabı ilə məğlub edib. Komandaya qələbə qazandıran qollara Məhəmməd Abbaslı (2), Samir Atakişiyev (2), Təbriz İsazadə imza atıb.
Qrup mərhələsinin son oyununda təmsilçimiz bu gün "Kızılcahamamspor"la üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB