Azərbaycan milli komandası futzal üzrə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Siasport.az saytının məlumatına görə, millimiz əsas seçmə mərhələnin son oyununda dünən Slovakiya yığmasını 2:1 hesabı ilə məğlub edib. Rəqibin qapısından qolları Biro Jade və Namiq Məmmədkərimov keçirib.
Xatırladaq ki, komandamız qrupda keçirdiyi ilk oyunda Norveç yığmasını 6:0, ikinci qarşılaşmada isə Bosniya və Herseqovina millisini 3:2 hesabı ilə məğlubiyyətə uğradıb.
Beləliklə, millimiz 2014-cü il yanvarın 28-dən fevralın 8-dək Belçikanın Antverpen şəhərində təşkil olunacaq Avropa çempionatının final mərhələsinə maksimum nəticə ilə, qrup birincisi olaraq vəsiqə əldə edib.
|
|
Komandalar |
O |
Q |
H |
M |
T/F |
Xal |
|
1 |
Azərbaycan |
3 |
3 |
0 |
0 |
11-3 |
9 |
|
2 |
Bosniya və Herseqovina |
3 |
1 |
1 |
1 |
10-7 |
4 |
|
3 |
Slovakiya |
3 |
1 |
1 |
1 |
9-9 |
4 |
|
4 |
Norveç |
3 |
0 |
0 |
3 |
3-14 |
0 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB