"Mançester Yunayted" addım-addım çempionluğa!

"Mançester Yunayted" addım-addım çempionluğa!

Futbol üzrə İngiltərə Premyer Liqasında növbəti turun oyunlarına start verilib. Siasport.az saytı xəbər verir ki, Premyer Liqanın hazırkı lideri olan "Mançester Yunayted" futbol klubu "Sanderlend"lə qarşılaşıb. Olduqca gərgin keçən qarşılaşmada "qırmızı şeytanlar", "Sanderlend"in futbolçusu Titus Bramblenin öz qapısına vurduğu qol sayəsində meydanı 1:0 hesablı qələbə ilə tərk ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə