Arsen Venger "Qalatasaray" və "Barselona" barədə danışdı

Arsen Venger "Qalatasaray" və "Barselona" barədə danışdı

"Arsenal"ın baş məşqçisi Arsen Venger, yenə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi barədə danışıb. Siasport.az saytı xəbər verir ki, fransız futbol mütəxəssisi "Barselona"nın "PSJ" qarşısında favorit olduğunu, amma fransız klubunun da istənilən an sürpriz edə biləcəyini dilə gətirib. Katalon klubunun super heyətə malik olduğunu deyən fransız futbol mütəxəssisi, Fransada keçəcək görüşün "Barselona" üçün ağır olacağını da istisna etməyib. A.Venger, həmçinin "Qalatasaray"-"Real" oyunu barədə də danışıb. O bildirib ki, açıq şəkildə Madrid klubunun hər iki görüşdə "Qalatasaray"ı keçəcəyinə əmindir. "Arsenal"ın baş məşqçisi hesab edir ki, La Liqada heç bir hədəfi qalmayan kral klubunun əsas məqsədi UEFA Çempionlar Liqasını qazanmaq olacaq ki, bu yolda da "Qalatasaray"ı keçmək üçün var qüvvələri ilə mübarizə aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə