"Bild" nəşri: "Frank Riberi "Fənərbaxça"ya keçir"

"Bild" nəşri: "Frank Riberi "Fənərbaxça"ya keçir"

Almaniyanın "Bayern Münhen" klubu, yaşı 30-u keçmiş bir sıra ulduz futbolçularla yolları ayırmaq barədə düşünür. Siasport.az saytı xəbər verir ki, məşhur "Bild" nəşrinin yazdığına görə, "pivəçilərin" əsas heyətdə görmək istəmədiyi futbolçular siyahısında fransız Frank Riberi də yer alır. "Bild"in iddiasına görə gələn mövsümdən başlayaraq komandanın sükanı arxasına keçəcək Xose Guardiola bir sıra futbolçular kimi, F.Riberini də sərəncamında görmək istəmir. "Bild" iddia edir ki, ulduz futbolçu üçün İstanbulun "Fənərbaxça" futbol klubu hərəkətə keçib. Vaxtı ilə "Qalatasaray"ın da heyətində çıxış etmiş F.Riberi üçün İstanbul klubunun menecerləri artıq hərəkətə keçiblər. Məlumata əsasən, "Bavariya" prezidenti ilə aparılan danışıqlarda İstanbul klubunun keçmiş baş məşqçisi Kristof Daum da vasitəsi qismində çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə