"Kəpəz" "Sumqayıt"la oyuna itkilərlə çıxacaq

"Kəpəz" "Sumqayıt"la oyuna itkilərlə çıxacaq

"Sumqayıt"a qarşı oyunda "Kəpəz" bir neçə əsas futbolçusunun xidmətindən yararlana bilməyəcək. Siasport.az saytının məlumatına görə, Gəncə təmsilçisinin kapitanı Xəyal Zeynalov cəzalı olduğu üçün bu matçda forma geyinməyəcək. Digər futbolçulardan Cəmşid Məhərrəmov və Pirkuli Saparovun da zədəsi var. Onlar da çox güman ki, Gənclik şəhərinin təmsilçisi ilə görüşdə oynamayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə