Mahmud Qurbanov: "Ən azından bir xala ümid edirəm"

"Sumqayıt"la qarşılaşacaq "Kəpəz" oyun öncəsi keçirdiyi son məşqlə qarşıdakı matçın hazırlıqlarını tamamlayıb. Siasport.az saytının məlumatına görə, məşq prosesindən sonra "Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov matçla bağlı fikirlərini açıqlayıb: "Bu oyun da asan olmayacaq. Çünki çempionatda bütün qarşılaşmalar ağır keçir. Xüsusən də bizim üçün hər oyun çətin alınır. "Sumqayıt"la görüşə yaxşı hazırlaşmışıq. Meydana qələbə üçün çıxacağıq. Ən azından bir xala ümid edirəm. Heyətimizdə zədəli futbolçular var. Rəqib haqda onu deyə bilərəm ki, yaxşı oyunçuları var. Ön xəttdə daha yaxşı oyun sərgiləyirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə