Azərbaycan Topaz Premyer Liqasının XXIV turunda "Simurq"un qonağı olacaq "Bakı" dünən oyunun keçiriləcəyi Zaqatala şəhər stadionunda məşqə çıxıb. Siasport.az saytının məlumatına görə, yüksək əhval-ruhiyyə şəraitində keçən məşq, təssüf ki, itkisiz ötüşməyib. "Bakı"nın ispaniyalı hücumçusu Mario Martinez Rubio əzələsini dartaraq sıradan çıxıb. Onun matçda meydana çıxmayacağı qətiləşib. Bu, bakılıların tək itkisi deyil. Belə ki, Bakı təmsilçisinin daha 5 futbolçusu məşqə qatılmayıb. Milli komandanın Portuqliya ilə oyununda zədələnən Rauf Əliyevin sırasına, xəstələnən və hərarəti olan Cavid Hüseynov və Deyvidas Çesnauskis də qatılıblar. Beləliklə, zədədən sonra bərpa dövrü keçən Uinston Parks və Novruz Məmmədovun siyahısına oyunu buraxmalı olacaq daha 3 futbolçu əlavə olunub.
Ciddi itkilərə baxmayaraq, "Bakı" bu turu 3 xalla başa vurmaq əzmindədir. Xatırladaq ki, bu mövsüm rəqiblər arasında baş tutan hər iki qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Sonda əlavə edək ki, Azərbaycan Topaz Premyer Liqasının XXIV turunun "Simurq" - "Bakı" qarşılaşmasının start fiti 30 mart 2013-cü il tarixdə, saat 17:00-da səslənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB