"Qəbələ" "Şaxtyor-2"yə 3 cavabsız qol vurdu

"Qəbələ" "Şaxtyor-2"yə 3 cavabsız qol vurdu

Ukraynanın Donetsk şəhərində təlim-məşq toplanışını davam etdirən "Qəbələ"nin 14 yaşa qədər futbolçulardan ibarət komandası dünən sözügedən ölkədə ilk yoxlama oyununu keçirib. Siasport.az saytının məlumatına görə, yerli "Şaxtyor-2" kollektivi ilə üz-üzə gələn Qəbələ təmsilçisi rəqibinə heç bir şans verməyib. Oyunu yüksək səviyyədə keçirən "qırmızı-qaralar" ukraynalıların qapısından 3 cavabsız qol keçiriblər. "Qəbələ"yə qələbə gətirən qollara İlkin Abdullayev, Osman Soltanov və Murad Qayalı imza atıb.
Qeyd edək ki, "qırmızı-qaralar" Ukraynada növbəti oyununu martın 31-i keçirəcək. İkinci sınaq matçında "Qəbələ" "Şaxtyor"la qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə