Voleybolçularımızın rəqibləri hansı komandalardır?

Voleybolçularımızın rəqibləri hansı komandalardır?

Kişi voleybolçulardan ibarət dünya çempionatında Azərbaycan millisinin də mübarizə aparacağı birinci seçmə qrup mərhələsinin oyunlarının təqvimi müəyyənləşib. Siasport.az saytının məlumatına görə, Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək görüşlər mayın 24-də başlanacaq. Millimiz ilk oyununu Xorvatiya yığmasına qarşı keçirəcək. Mayın 25-də voleybolçularımız Hollandiya, bir gün sonra isə Bosniya və Herseqovina komandaları ilə qarşılaşacaqlar.

Bu mərhələdə aşağı reytinqli komandalar mübarizə aparacaqlar. Reqlamentə görə, 7 qrupun qalibləri birbaşa üçüncü mərhələyə yüksələcəklər. İkinci yeri tutan kollektivlər oktyabrın 2-6-da keçiriləcək II mərhələdə daha 1 vəsiqənin sahibini müəyyənləşdirəcəklər. Üçüncü mərhələdə bu 8 komandaya Avropa Voleybol Konfederasiyasının (CEV) reytinqinə görə ən yüksək yerə sahib 12 yığma da qoşulacaq. Üçüncü mərhələdə 20 milli komanda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə