Riçard Almeyda: "Uğursuz sindroma son qoymaq istəyirik"

Riçard Almeyda: "Uğursuz sindroma son qoymaq istəyirik"

"Qarabağ" klubu sabah Premyer Liqanın XXIV turunda "Qəbələ"ni qəbul edəcək. Siasport.az saytının məlumatına görə, cari mövsüm kubok da daxil olmaqla artıq 5-ci dəfədir ki, "Qəbələ" ilə üz-üzə gələn Ağdam təmsilçisi rəqibə qarşı ilk qələbəsini qazanmaq istəyir. "Qarabağ" klubunun bombardiri Riçard Almeyda vacib oyun öncəsi bildirib: "Qəbələ"də olduqca güclü futbolçular var. Bu il onlarla oyunlarımız olduqca çətin keçib. Bu dəfə də istisna deyil. Komandamız uzun müddətdir bir yerdə məşq etmir. Cəmi 2 dəfə birlikdə məşq etmək şansımız olub. Amma şikayətlənməyin zamanı deyil. Qələbə qazanmaq lazımdır. "Simurq"a məğlubiyyət bizə dərs olub. Aradakı məsafə səhvlərimizdən nəticə çıxarmaq üçün yetərli olub. Oyun çox çətin olacaq. Rəqibimizin Avrokubok üçün tək yolu çempionatda uğur qazanmaqdır. Ona görə də 3 xal üçün hər şey edəcəklər. Amma biz də eyni məqsəd üçün meydana çıxacağıq. Komandamızda itkilər var. Amma bu, bizə bəhanə ola bilməz. Yeni transferlərimiz Reynaldo və Torres də düzəliblər. Opara da səviyyəsini hiss etdirir. Sabah 3 xal qazanıb, rəqibə qarşı uğursuz sindroma son qoymaq istəyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə