“Tur de Azerbaijan” yarışının Təşkilat Komitəsinin ilk iclası keçirilib

“Tur de Azerbaijan” yarışının Təşkilat Komitəsinin ilk iclası keçirilib

Xəbər verdiyimiz kimi, mayda ölkəmizdə velosiped idman növü üzrə "Tur de Azerbaijan" yarışı keçiriləcək. Siasport.az saytının məlumatına görə, bu gün "Excelsior" mehmanxanasında yarışın Təşkilat Komitəsinin ilk iclası keçirilib.

Tədbirdə çıxış edən Velosiped İdmanı Federasiyasının vitse-prezidenti və yarışın Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov turnirə hazırlıq barədə məlumat verib, yarışın marşrutu və digər məsələlər haqqında danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə