"Qalatasaray"ın kapitanı Sabrı Sarıoğu, "Real" ilə oyun öncəsi iddialı açıqlamalarla gündəmə gəlib. Siasport.az saytı xəbər verir ki, təcrübəli futbolçu "Axşam" qəzetinə verdiyi açıqlamada bildirib ki, indidən "Real"ı favorit görənlər, aprelin 11-də yanılacaqlar: "Bu futboldur. düzdür, "Real" hazırda Avropanın yüksək səviyyəli komandalarından biridir. Bu komandada dünyanın ulduz futbolçuları çıxış edir. Bundan başqa da, kral klubu elit futbol markasıdır. Amma unutmayın ki, bu "Qalatasaray"dır. Biz hər an istənilən sürpriz etmək gücündəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB