"Turan"da yenə maaş problemi yaranıb. Siasport.az saytının məlumatına görə, klubun futbolçuları 3 aydan artıq müddətdir ki, maaşlarını ala bilmirlər. Komandanın vitse-prezidenti Namiq Məstənov problemin gələn həftə həll olunacağını bildirib: "Hazırda "Rəvan"la oyuna hazırlaşırıq. Komandada hər şey qaydasındadır. Maaş məsələsinə gəldikdə, futbolçuların maaşları gələn həftə ödəniləcək". //Sportal.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB