"Mourinyo dedi ki, "Qalatasaray"la oyun çətin keçəcək"

"Mourinyo dedi ki, "Qalatasaray"la oyun çətin keçəcək"

Madrid "Real"ının futbolçusu Məsut Özil, yenə "Qalatasaray" barədə danışıb. Siasport.az saytı xəbər verir ki, ulduz futbolçu bu mövsüm UEFA Çempionlar Liqasını qazanmaq istədiklərini bir daha dilə gətirərək, İstanbul klubunu yamanca tərifləyib: "Bu mövsüm La Liqadakı uğursuzluğu Çempionlar Liqasını qazanmaqla unutdurmaq istəyirik. heç şübhəsiz ki, bunun üçün ilk növbədə "Qalatasaray" səddini keçməliyik. Olduqca ağır oyun olacağını bilirik. Baş məşqçi Joze Mourinyo da bizimlə söhbətində bildirib ki, "Qalatasaray"la hər iki qarşılaşma olduqca ağır keçəcək. Onların olduqca güclü heyəti var. Biz var gücümüzlə çalışacayıq ki, madriddə keçiriləcək ilk oyunda cütün taleyini həll edə bilək"-deyə M.Özil fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə