"Rəvan" hazırlıqları yekunlaşdırdı

"Rəvan" hazırlıqları yekunlaşdırdı

Xəbər verdiyimiz kimi, "Rəvan" futbol klubu Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində sabah "Turan"la qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, bakılılar artıq bu oyun üçün hazırlığı başa vurublar. Belə ki, "Bayıl Arena"da bu günkü səhər məşqi matç öncəsi son hazırlıq olub. Baş məşqçi Ramil Əliyevin görüşdən əvvəl yetirmələrini elə də çox yormaq istəmədiyi sezilib. Ancaq futbolçuların səylə çalışmaları da diqqətdən yayınmayıb.

Qeyd edək ki, bakılılar fasilədən sonra ilk dəfə bütün kollektivlə məşq keçib. Sevindirici məqamlardan biri də komandada zədəli və cəzalı futbolçuların olmamasıdır. Son günlər fərdi məşqlə kifayətlənən Nikolay Orlovski də komanda ilə ümumi çalışmalarda iştirak edib. Çalışdırıcı Ramil Əliyev açıqlamasında moldovalı müdafiəçinin "Turan"la görüşdə meydana çıxa biləcəyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə