Sadıq Sadıqov: "Araz Abdullayev mənim zaminliyimlə sərbəst buraxılıb"

Sadıq Sadıqov: "Araz Abdullayev mənim zaminliyimlə sərbəst buraxılıb"

"Araz Abdullayevin başına gələn olayı heç kimə arzulamıram. Belə hadisənin baş verməsini heç kim istəməz". Siasport.az saytının məlumatına görə, bu sözləri Apasport.az saytına "Neftçi" klubunun prezidenti Sadıq Sadıqov deyib.

"Ağ-qaralar"ın şərəfini qoruyan Araz Abdullayev dünən komandanın bazasına məşqə gələrkən Nobel prospektində Xətai rayon MKİS-in 2 işçisini idarə etdiyi avtomobillə vurub. Süpürgəçi işləyən 2 xanımdan biri dünyasını dəyişsə də, digəri xəstəxanada yatır.

Sadıq Sadıqovun sözlərinə görə, hazırda Araz Abdullayev sərbəst buraxılıb: "Araz polis bölməsində dindirildikdən sonra sərbəst buraxılıb. Heç yana qaçası deyil. Mənim zaminliyimlə sərbəst buraxılıb. Hazırda istintaq gedir. İstintaqın gedişi sirr saxlanılır. Bu üzdən prosesin necə getdiyindən xəbərsizəm".

Bütün xəbərlər Facebook səhifəmizdə