Lənkəranda iki ilk STATİSTİKA

Lənkəranda iki ilk STATİSTİKA

Topaz Premyer Liqasında yaranan 17 günlük fasilə sabah başa çatacaq. Siasport.az saytının məlumatına görə, həmin gün ölkə çempionatında XXIV turun oyunları keçiriləcək. "Xəzər Lənkəran" bu dəfə öz meydanında AZAL-ı qəbul edəcək. İkinci "altılığ"ın lideri ilə qarşılaşma 2 ilklə əlamətdar olacaq. Belə ki, tarixində ilk dəfə 7-12-ci yerlər uğrunda mübarizə aparmalı olan Lənkəran təmsilçisi ikinci "altılıq"da 1-ci ev oyununa çıxacaq. Lənkəran stadionunda baş tutacaq ilk belə görüş həm də yeni baş məşqçinin debütü ilə yadda qalacaq. Uelsli mütəxəssis Con Toşak ilk dəfə "Xəzər Lənkəran"ı baş məşqçi kimi meydana çıxaracaq. O, cənub təmsilçisinin AZAL-la 23-cü duelində debüt edəcək.

Əvvəlki 22 qarşılaşmada "ağ-yaşıllar" aşkar üstünlüyə malikdir. 14 dəfə qalib gələn "Xəzər Lənkəran" 4 dəfə heç-heçə edib və eyni sayda məğlubiyyətlə üzülüb. Rəqib qapısına 29 qol vuran cənub təmsilçisi cəmi 12-ni buraxıb. İndi 30-cu qolun astanasında olan "Xəzər Lənkəran" futbolçuları bu 22 matçdan 18-ni çempionat, 4-nü kubokda keçirib.

Hər iki yarışda üstün olan "ağ-yaşıllar" çempionatda 12 qələbə qazanıb. Oyunların yalnız 1/3-də xal itirən lənkəranlılar 3 dəfə 1 xalla kifayətlənib, eyni sayda oyunda meydanı məğlub tərk edib. Bu görüşlərdə Lənkəran təmsilçisi 24, bakılılar isə cəmi 9 dəfə fərqlənib.

"Xəzər Lənkəran"ın ev oyunlarında meydan sahibləri 8 qələbə qazanıb, 2 heç-heçə edib və yalnız 1 dəfə məğlub olub. "Ağ-yaşıllar" qonaqların qapısına 17 qol vurub və cəmi 7-ni buraxıb.

2005/06 12.08.2005 çempionat s 2:0
2005/06 12.02.2006 çempionat e 1:0
2006/07 17.09.2006 çempionat s 2:1
2006/07 27.04.2007 çempionat e 3:2
2007/08 25.11.2007 çempionat s 0:0
2007/08 06.03.2008 kubok, 1/4 s 0:1
2007/08 20.03.2008 kubok, 1/4 e 2:0
2007/08 17.05.2008 çempionat e 0:0
2008/09 20.09.2008 çempionat s 1:0
2008/09 14.03.2009 çempionat e 0:0
2009/10 21.10.2009 çempionat s 0:1
2009/10 10.12.2009 çempionat e 2:1
2009/10 27.04.2010 kubok, 1/2 s 1:1
2009/10 05.05.2010 kubok, 1/2 e 2:1
2010/11 29.08.2010 çempionat s 1:0
2010/11 20.02.2011 çempionat e 2:1
2010/11 13.03.2011 çempionat s 0:1
2010/11 23.04.2011 çempionat e 3:0
2011/12 14.08.2011 çempionat s 3:0
2011/12 16.02.2012 çempionat e 1:0
2012/13 03.10.2012 çempionat s 2:0
2012/13 03.12.2012 çempionat e 1:2

Bütün xəbərlər Facebook səhifəmizdə