Vaqif Cavadov 3 həftə oynamayacaq

Vaqif Cavadov 3 həftə oynamayacaq

"Qarabağ" klubu "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq. Siasport.az saytının məlumatına görə, "Simurq"la matçda sarı vərəqə alaraq cəzalı duruma düşən Vüqar Nadirov qarşılaşmanı buraxmalı olacaq. Vaqif Cavadov isə oyunda zədə səbəbindən iştirak edə bilməyəcək. Millimizin Lüksemburqla martın 22-də baş tutan oyununda zədələnən 23 yaşlı forvardın 3 həftə yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib. Sağ ayağında əzələsi yırtılan Vaqifin artıq 1 həftəni geridə buraxdığını nəzərə alsaq, onun aprelin 2-ci ongünlüyündə geri dönüşünə ümid etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə