U-19 və U-16 liqalarında növbəti oyunlar keçirilib. Siasport.az saytının məlumatına görə, çempionatın III turunda "Qəbələ"nin 19 yaşa qədər futbolçulardan ibarət komandası paytaxtda Binə stadionunda "Sumqayıt"la qarşılaşıb. Oyun start fitindən final fitinədək "qırmızı-qaralar"ın üstünlüyü ilə keçib. Bu üstünlük özünü hesabda da göstərib - 3:0. "Qəbələ"yə 3 xalı gətirən qollara Tellur Mütəllimov (2) və Fərid Hacıyev imza atıb. Sözügedən qələbədən sonra "Qəbələ" 6 xalla 3-cü yerə yüksəlib. Bombardirlər cədvəlinə 4 qolla Tellur Mütəllimov başçılıq edir.
|
Bakı |
|||||||
|
Yer |
Komanda |
O |
Q |
H |
M |
T/F |
Xal |
|
1 |
Neftçi PFK |
3 |
3 |
0 |
0 |
11-1 |
9 |
|
2 |
Qarabağ FK |
2 |
2 |
0 |
0 |
10-1 |
6 |
|
3 |
Qəbələ FK |
3 |
2 |
0 |
1 |
8-5 |
6 |
|
4 |
Bakı FK |
3 |
1 |
0 |
2 |
7-9 |
3 |
|
5 |
Sumqayıt FK |
2 |
1 |
0 |
1 |
3-5 |
3 |
|
6 |
AZAL PFK |
2 |
0 |
0 |
2 |
1-10 |
0 |
|
7 |
Rəvan FK |
3 |
0 |
0 |
3 |
1-10 |
0 |
U-16 Liqasının XIII turunda "Qəbələ" doğma meydanda "Bakı" ilə üz-üzə gəlib. Prinsipial oyunda "qırmızı-qaralar" rəqibə "qonaqpərvərlik" göstəriblər. Paytaxt təmsilçisini bütün komponentlərdə üstələyən "Qəbələ" meydandan 4:0 hesablı qələbə ilə ayrılıb. Bu qalibiyyətdən sonra xallarının sayını 31-ə çatdıran "qırmızı-qaralar" bir oyun az keçirməklə turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Ən sərrast futbolçuların siyahısına "Qəbələ"nin hücumçusu Viqar Əlibabayev başçılıq edir - 30 qol.
|
Yer |
Komanda |
O |
Q |
H |
M |
T/F |
Xal |
|
1 |
Neftçi |
13 |
11 |
1 |
1 |
50-9 |
34 |
|
2 |
Qəbələ |
12 |
10 |
1 |
1 |
78-9 |
31 |
|
3 |
İnter |
13 |
9 |
0 |
4 |
36-15 |
27 |
|
4 |
Qarabağ |
13 |
8 |
2 |
3 |
36-15 |
26 |
|
5 |
Bakı |
13 |
8 |
1 |
4 |
62-14 |
25 |
|
6 |
Sumqayıt |
13 |
7 |
2 |
4 |
31-18 |
23 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB