Gənclər və idman naziri Azad Rəhimov tərəfindən cari ilin aprel ayının 2-də Lənkəran şəhərində vətəndaşların qəbulu keçiriləcək. Siasport.az saytının məlumatına görə, qəbulda Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinləri iştirak edəcək.
Qeyd edək ki, qəbul saat 11:00-da Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində (Lənkəran şəhəri, Z.Əliyeva küç.2) başlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB