Millimizdən 5 qol gəldi

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Siasport.az saytının məlumatına görə, BƏƏ yığması ilə qarşılaşan millimiz qələbə qazanıb - 5:3.

Qeyd edək ki, komandamızın qollarını Orxan Məmmədov, Ramil Əliyev, Amid Nəzərov, Zeynal Zeynalov və Comərd Baxşəliyev vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə