Pedro "Barselona"nı çətin duruma saldı

Pedro "Barselona"nı çətin duruma saldı

"Barselona" klubu ciddi itki ilə qarşılaşıb.Siasport.az saytı xəbər verir ki, "DÇ-2014" çərçivəsində Fransa millisi ilə qarşılaşmada İspaniya yığmasının tək qoluna imza atan "Barselona"lı Pedro, zədə üzündən ən azı 10 gün yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə katalon klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda deyilir ki, Fransa ilə keçirilən qarşılaşmada sağ ayağından ciddi zədə alan futbolçu, klubun həkimlərinin rəyi əsasında 10 gün müalicə prosesi keçəcək. Bu isə o deməkdir ki, Pedro UEFA Çempionlar Liqasının 14 finalında Fransa "PSJ"-si ilə keçiriləcək ilk qarşılaşmada meydana çıxa bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə