"Fənərbaxça"nın UEFA Avropa Liqasının 1/4 final mərhələsindəki rəqibi olan "Latsio"nun braziliyalı forvardı Hernanes iddialı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, italyan klubunun braziliyalı futbolçusu bildirib ki, ən böyük arzusu "Latsio" forması ilə UEFA Avropa Liqasını qazanmaqdır. "Atletiko"nun ardıcıl iki il bu kuboka sahib olduğuna diqqət çəkən braziliyalı forvard, "Latsio"nun da bu gücə sahib olduğunu deyib. O, eyni zamanda bu məqsədə çatmağın da olduqca çətin və mürəkkəb proses olduğunu etiraf edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB