Almaniyanın "Bavariya" futbol klubu, çempionatın başa çatmasına 7 həftə qalmış çempionluğunu elan edə bilər. Siasport.az saytı xəbər verir ki, "pivəçilər" bu həftə öz meydanlarında qəbul edəcəkləri "Hamburq" üzərində qələbə qazanmaqla bilsələr, eyni zamanda Dortmund "Borussiya"sı da səfərdə "Ştutqart"la qarşılaşmadan xalsız qayıda bilsə, o zaman "Bavariya" yeni mövsümdə Almaniya çempionu elan olunacaq. Çünki yuxarıda qeyd etdiyimiz nəticə qeydə alınarsa, o zaman turnir cədvəlində "Bavariya" ilə ən yaxın təqibçisi olan "Borussiya" arasındakı xal fərqi 21 olacaq. Bu fərqi aradan qaldırmaq isə, Dortmund təmsilçisi üçün mümkünsüzdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB