İstanbulun "Fənərbaxça" futbol klubunun forvardı Reto Ziegler, "Qalatasaray" azarkeşlərini qəzəbləndirəcək açıqlama yayıb. Siasport.az saytı xəbər verir ki, isveçrəli futbolçu bildirib ki, keçən il çempionluq uğrunda son tura qədər mübarziə apardıqlarını qürurla xatırlayır: "Keçən il öz meydanımızda çempionluğu "Qalatasaray"a bağışladıq. Amma bu il belə olmayacaq. Mən və komanda yoldaşlarım var gücümüzlə mübarizə aparacağıq ki, azarkeşlərimizə həm keçən ilki uğursuzluğu unutduraq, həm də çempionluq kubokunu "Qalatasaray"ın əlindən alaq. Bu futboldur, burda hər şey ola bilər. Azarkeşlərimizdən xahişim odur ki, bizi sona qədər dəstəkləsinlər"-deyə R.Ziegler fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB