Millimizin rəqibi yoldaşlıq oyunu keçirəcək

Millimizin rəqibi yoldaşlıq oyunu keçirəcək

2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası ilə birgə F qrupunda mübarizə aparan Lüksemburq yığması yoldaşlıq oyunu keçirəcək. Siasport.az saytının məlumatına görə, millimizin rəqibi Litva yığması ilə qarşılaşacaq. Oyun Lüksemburqda təşkil olunacaq.

Qeyd edək ki, qarşılaşma avqustun 14-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə