"Bild" nəşri: "Barselona" "Borussiya"nın forvardını transfer etməyə hazırlaşır

"Bild" nəşri: "Barselona" "Borussiya"nın forvardını transfer etməyə hazırlaşır

"Barselona" futbol klubu, mövsümün sonunda Bundesliqa klublarından futbolçu transfer etməyi planlaşdırır. Siasport.az saytı xəbər verir ki, katalon klubunun hədəfində ilk növbədə Dortmund "Borussiya"sında forma geyən gənc Mats Hummelsdir. Almaniyanın nüfuzlu "Bild" nəşri yazır ki, "Barselona"nın futbol şöbəsinin rəhbəri Raul Sanlleh, artıq Dortmund təmsilçisinin rəhbərliyi ilə ilkin danışıqlara da başlayıb. "Bild" iddia edir ki, 27 yaşı olan və 2017-ci ilə qədər Dortmund təmsilçisi ilə müqaviləsi olan M. Hummelsin transfer qiyməti 37 milyon avrodur.

Bütün xəbərlər Facebook səhifəmizdə